Can Bonomo klip çəkilişlərinə başlayır
Çərşənbə, 22 Fevral, 2012
Müğənni bundan sonra xareoqrafiya üzərində işləyəcək
Türkiyənin Eurovision 2012 təmsilçisi Can Bonomo müsabiqədəki "Love me back" mahnısının təqdimatından dərhal sonra "Bakı Kristal Zalı"nın səhnəsindəki rəqsinin quruluşu ilə məşğul olacaq. Eurovision.az saytı xəbər verir ki, müğənni mahnısına tezliklə klip çəkilişlərinə başlayacağını bildirib. O, istər klip, istərsə də xareoqrafiya hazırlıqlarında özünəməxsus üslubdan kənara çıxmayacağını da bildirib. Can Bonomo öz tərzini saxlamaqla, Türkiyəni Eurovision 2012-də yüksək səviyyədə təmsil edəcəyinə söz verib.
Can Bonomo mahnısının ərsəyə gəlməsində şair Cahit Külebinin Atatürkün xatirəsinə ithaf etdiyi şeirin təsirinin olduğunu bildirib. Həmin şeirdən
"İzmirin denizi kız, kızı deniz
Sokakları hem kız, hem deniz kokar"
misralarının və oxuduğu bir nağılın mahnının yaranmasında rolunu xüsusi qeyd edib. Qeyd edək ki, mahnı dənizçinin sevgisindən bəhs edir.
eurovision.az





