FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

Milli valyuta

Azərbaycanın milli valyutası manatdır. Hazırda 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslar dövriyyədədir.

Əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. Əhali üçün nəzərdə tutulan I dərəcəli mühafizə elementləri bütün əskinaslar üçün eynidir və eyni yerlərdə yerləşdirilib. Burada yalnız əskinasın nominalı və "MANAT" göstərilir, xüsusi avadanlıq istifadə olunmadan müəyyən edilir.

II dərəcəli mühafizə elementləri sadə alətlərlə (böyüdücü şüşə və ultrabənövşəyi işıqda) müəyyən olunur.


III dərəcəli mühafizə elementləri yüksək texnologiya əsasında hazırlanıb, saxta əskinasları həqiqi əskinaslardan fərqləndirmək məqsədilə bank ekspertləri və xüsusi avadanlıqlarla müəyyən edilmək üçün nəzərdə tutulub.

IV dərəcəli mühafizə elementləri yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!