FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

Viza alınması qaydası

Eurovision 2012 ilə əlaqədar Azərbaycana viza proseduru sadələşdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində Eurovision-2012 Mahnı Müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Bakı şəhərində keçiriləcək Eurovision-2012 Mahnı Müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Fərmana görə, aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

  • Eurovision-2012  Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu;
  • Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;
  • Eurovision-2012 Mahnı Müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

  • Eurovision 2012 Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri  2012-ci il aprelin 15-dən iyunun 1-dək;
  • Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə Eurovision 2012  Mahnı Müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər 2012-ci il mayın 10-dan iyunun 1-dək.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Eurovision 2012  Mahnı Müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

Fərmana müvafiq olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Eurovision 2012  Mahnı Müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Yayımları Birliyinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə Eurovision 2012  Mahnı Müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat vermək tapşırılıb.

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!