FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

Turizm operatoru

Eurovision Mahnı Müsabiqəsi 2012-nin turizm tərəfdaşı Azərbaycan Turizm Assosiasiyasıdır.

Eurovision həftələrində turistlərə gəzinti üçün 4 marşrut təşkil olunub.

Bunlar Bakı şəhəri üzrə turlar və Bakıdan kənar turdur.  
 

Bakı şəhərində avtobusla gəzinti:

Bu gəzinti marşrutu paytaxt Bakının mərkəzindəki əsas məkanları əhatə edir. Azadlıq meydanından start götürəcək marşrut Dənizkənarı Milli Park, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Heydər Əliyev Sarayının yerləşdiyi ərazilərdən keçəcək. Tur həmçinin Rəşid Behbudov küçəsi, İstiqlaliyyat və Neftçilər prospektlərini də əhatə edəcək. Sözügedən marşrut Şəhidlər Xiyabanından keçərək Dağüstü Parkdan Bakıya açılan mənzərəni seyr etməklə bitəcək.
 

İçərişəhər gəzinti turu:

İçərişəhər turu Bakı buxtasının sahilinə yaxın ərazidən başlayır. Hündür qala divarları ilə əhatələnən İçərişəhər tarixi məkanları, dar dalanları və dolama keçidləri  ilə turistləri cəlb edir.

Şəhər turu mayın 15-dən etibarən hər gün saat 11:00, 13:00 və 15:00-də başlayacaq. Gəzinti turları mayın 25-dək davam edəcək. Turlara "JW Marriot Abşeron Bakı" otelinin qarşısından yola düşülür. Turistlərə bu barədə əlavə məlumat onların qaldıqları oteldə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) masasında veriləcək.
 

Abşeron yarımadasına tur

Abşeron yarımadasına tur Atəşgah, Qala Dövlət Tarixi Etnoqrafik Qoruğunu əhatə edir. Turistlər həmçinin Yanardağ Dövlət Təbii Qoruğuna da gedə biləcəklər.

Abşeron turları mayın 15-dən 25-nə qədər hər gün saat 11:00, 13:00 və 15:00-da təşkil olunacaq. Gəzintiyə çıxış "Hilton Bakı" otelindəndir.
 

Qobustan turu

Qobustan turu mayın 15-dən 25-nə kimi hər gün saat 10:00 və 14:00-da başlayacaq. Tura çıxış "Park İnn" otelindəndir.
 

Bakı-Qəbələ-Bakı turu

Qəbələ turu 15-25 may tarixləri arasında hər gün saat 08:00-dan-22:00-a kimi nəzərdə tutulub. Avtobuslar "Hilton Bakı" otelindən yola düşəcək. Tur 1 günlükdür.

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!