FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

Alov qəsri

Çərşənbə, 25 Yanvar, 2012

Odlar Yurdu Azərbaycanda yeni memarlıq incisi «Flame Towers»də inşaat işləri davam edir. Bu Bakının ən hündür binası olmaqla yanaşı, həm də əbədi odlar diyarı kimi tanınan Azərbaycanın müasir memarlıq əfsanəsi olacaq.

Tikintinin ümumi sahəsi 234 500 m2 ərazini əhatə edir. Qüllələrdən birincisi 33 mərtəbəli yaşayış binası, ikincisi 30 mərtəbəli otel, üçüncüsü isə 28 mərtəbəli  ticarət mərkəzi kimi nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən eurovision.az saytına verilən məlumata görə, «Flame Towers» layihəsinə daxil olan «Fairmont» oteli bu il istifadəyə veriləcək. Hazırda otelin tikintisi yekunlaşmaq üzrədir. Verilən məlumata görə, oteldə 324 otaq fəaliyyət göstərəcək.  

 

Eurovision.az

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!