FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

Səbinə Babayeva

Azərbaycanı may ayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Səbinə Babayeva təmsil edəcək.

Səbinə Babayeva Asəf Zeynallı adına musiqi kollecini bitirib. Pop formatında musiqilərin, həmçinin soul, ballada musiqi cərəyanlarının mahir ifaçısıdır. 50-dək "jazz standard"ı bilir. 7 ildən artıqdır "Aypara" vokal instrumental ansamblının solistidir. Son zamanlarda Azərbaycan xalq və bəstəkar mahnılarını özünəməxsus ifa edir.

2009-cu ildə Latviyada keçirilən "Amberstar", Moskvadakı "Slavyan Ulduzu"nda "Gran Pri" mükafatına layiq görülüb. 2001-ci ildə gənc ifaçılar arasında Respublika üzrə "Qızıl Açar" müsabiqəsinin qalibidir.

"Bakı Jazz Mərkəzi"ndə solo ifaçı kimi çıxış edib. 2010-cu ildə "Notre Dam De Paris" müziklində rol alıb. Müzikldə Flor de Lis partiyasında çıxış edən Səbinə Babayevanın tərəf müqabili Azərbaycanın Eurovision 2008 təmsilçisi Elnur Hüseynov olub.

Səbinə Babayeva 2008-ci ildən ardıcıl Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçim turlarında iştirak edib.

2012-ci ildə keçirilən Milli Seçim Turunun 7-ci həftəsinin iştirakçısı olub. Həftə ərzində yarışan 9 iştirakçı arasından finala çıxıb. Fevralın 12-də keçirilən Milli Final gecəsində Azərbaycanın Eurovision 2012 təmsilçisi seçilib.

 

SON XƏBƏRLƏR

 
Səbinə Babayeva Bakıda sərbəst güləş üzrə Dünya Kuboku 2012-nin açılış mərasimində iştirak edəcək
Təmsilçimiz "qalib əhval-ruhiyyəsini daim saxlamaq üçün pəhləvanların məsləhəti lazımdır" deyib
"Valletta Bakıya çox oxşayır!"
Səbinə Babayeva Malta səfərini uğurla başa vurub

Səbinə Babayevanın Belçikadakı çıxışı

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!