FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

Monteneqro / Rambo Amadeus

Monteneqroda keçirilən milli seçim turlarında "Eurovision-2012" təmsilçisi Rambo Amadeus seçilib. Əsl adı Antoniye Puşiç (Antonije Pušić) olan Rambo Amadeus 1963–cü ildə doğulub. Təmsilçi bildirib ki, müsabiqədə iştirak etməkdə əsas məqsədi Monteneqronu brend, turizm ölkəsi kimi tanıtmaqdır.

Eurovision 2012 mahnısı

İslandiya / Qreta Salome & Yonsi

İslandiya Eurovison 2012-də duetlə təmsil olunur. İslandiyalı müğənni və skripkaçı Qreta Salome (Gréta Salóme Stefánsdóttir) 1986-cı ildə dünyaya gəlib. Uşaq yaşlarından musiqi fəaliyyəti ilə məşğuldur. 4 yaşından skripkada ifa etməyə başlayıb. Onun duet ortağı Yonsi (Jónsi) təxəllüslü İslandiya müğənnisi Jon Josef Snabjornsson 1977-ci ildə doğulub. Musiqi karyerasına 1997-ci ildən başlayıb. 1998-ci ildən "İn black clothing" qrupunun üzvüdür. İlk debütünü həmin qrupun tərkibində 1999-cu ildə edib.

Eurovision 2012 mahnısı

Yunanıstan / Eleftheria

Eleftheria Eleftheriou 1989-cu il, mayın 12-də Kiprdə anadan olub. Səhnədə “Elle” adı ilə də tanınır. O, daha çox Yunanıstanın “The X Factor” televiziya müsabiqəsindən məşhurlaşıb. 2006-cı ildə "Play That Melody To Me" mahnısı ilə Kiprin, 2010-cu ildə "Tables İs Turning” mahnısı ilə Yunanıstanın Eurovision Milli Seçimlərində iştirak edib. Eleftheria Eleftheriou vokal və rəqs imkanları ilə yanaşı, pianoda gözəl ifa etməyi də bacarır. O, ölkəsini 57-ci Eurovision Mahnı Müsabiqəsində "Aphrodisiac" mahnısı ilə təmsil edəcək.

Eurovision 2012 mahnısı

Latviya / Anmari

Əslən Rusiyalı olan Anmari (Anmary) Latviya Musiqi Akademiyasını bitirib. Latviyada keçirilən "Talantu Fabrika 2" müsabiqəsində ikinci yerə sahib olub və qısa müddətdə ölkəsində tanınmağa başlayıb. Milli Seçimlərin əsas finalında 3 ifaçı arasından ölkə təmsilçisi seçilib.

Eurovision 2012 mahnısı

Albaniya / Rona Nişliu

Albaniyanı Eurovision Mahnı Müsabiqəsində Rona Nişliu (Rona Nishliu) təmsil edəcək. Kosovonun Mitrovica şəhərində anadan olan Rona Nişliu möhtəşəm Eurovision səhnəsində "Suus" adlı mahnı ilə ölkəsini qalib etmək uğrunda mübarizə aparacaq.

Eurovision 2012 mahnısı

Rumıniya / "Mandinga"

"Mandinga" qrupu 2002-ci ildən fəaliyyət göstərir. Tərkibi 10 musiqiçidən ibarətdir. Qrupun bu vaxtadək 4 musiqi albomu buraxılıb. "Mandinga" Eurovision 2012 şousunda Rumıniyanı ispan və ingilis dili, Latın Amerikası ritmlərində yazılan "Zaleilah" mahnısı ilə təmsil edəcək.

Eurovision 2012 mahnısı

İsveçrə / "Sinplus"

İsveçrəni Eurovision 2012-də "Sinplus" qrupu təmsil edəcək. Qrupun yaradıcıları İvan və Qabriel qardaşlarıdır. Qardaşların Bakı səhnəsində "Unbreakable" mahnısı ilə çıxış edəcəyi açıqlanıb.

Eurovision 2012 mahnısı

Belçika / Laura van den Bruel

Belçikanı Eurovision Mahnı Müsabiqəsi 2012-də 16 yaşlı Laura van den Bruel (İris) təmsil edəcək. İris daha çox "country pop" üslubundakı mahnılara üstünlük verir.

Eurovision 2012 mahnısı

Finlandiya / Pernilla Karlsson

Finlandiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Pernilla Karlsson 1990-cı il iyunun 11-də doğulub. 22 yaşlı bu müğənni Finlandiyanın həndbol üzrə yığma komandasının üzvüdür. Onun həyatında idman və musiqi başlıca yer tutur. Pernilla Karlsson "När jag blundar" ("Gözlərimi yumarkən") mahnısı ilə Finlandiyanın Milli Finalının qalibidir. Bununla da o, Avropanın ən populyar televiziya şousunda ölkəsini təmsil etmək şansı qazanıb.

Eurovision 2012 mahnısı

İsrail / İzabo

İsraili Eurovision Mahnı Müsabiqəsi 2012-də "İzabo" rok qrupu "Time" mahnısı ilə təmsil edəcək. Qrup 4 musiqiçidən-Ran Shem-Tov (vokal və gitara), Shiri Hadar (klavir), Jonathan Levy (bas gitara) və Nir Mantzurdan (baraban) ibarətdir.

Eurovision 2012 mahnısı

San Marino / Valentina Monetta

San Marinonun Eurovision 2012 təmsilçisi Valentina Monetta 1984–cü ildə doğulub. Musiqi fəaliyyətinə 2002-ci ildə başlayıb. "Tiberio", "Parafunky" qrupu və digər istedadlı musiqiçilərlə əməkdaşlıq edib. Caz musiqisinə həvəs göstərən Valentina Monetta 2006-cı ildə "Waves of Love" və "VAİ" mahnıları ilə müvəffəqiyyət qazanıb. O, 2008-ci ildə San Marinonun Eurovision təmsilçisini müəyyən edən müsabiqəyə "Se Non Ci Sei Tu" mahnısını təqdim edib. Sonuncu "Il Mio Gioco Preferito" adlı musiqi albomu ötən il buraxılıb.

Eurovision 2012 mahnısı

Kipr / İvi Adamou

Kiprdən 57-ci Eurovision yarışmasında qalibiyyət uğrunda İvi Adamou mübarizə aparacaq. İvi musiqi karyerasına Yunanıstanın "X-Factor" yarışmasından başlayıb. Onun "Sose me" mahnısı daha çox məşhur olub.

Eurovision 2012 mahnısı

Danimarka / Soluna Samay

Danimarkanı Azərbaycanın ev sahibliyi edəcəyi Eurovision Mahnı Müsabiqəsi-2012-də Soluna Samay təmsil edəcək. 1990-cı ildə anadan olan Soluna Samay musiqi karyerasina "Sing Out Loud" musiqi albomu ilə başlayıb. Onun Bakı səhnəsində ifa edəcəyi mahnı da artıq məlumdur. Soluna Samay "Should have known better" ("Daha yaxşı tanınmalı idi") mahnısı ilə çıxış edəcək.

Eurovision 2012 mahnısı

Rusiya / "Buranovskiye babuşki"

Rusiyanın "Buranovskiye babuşki" qrupu 40 il əvvəl yaranıb. Qrup 8 nəfərdən ibarətdir. Onların ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı var. Qrupun repertuarında ingilis və rus dillərində də mahnılar var. Onlar həmçinin müxtəlif ölkə hitlərini udmurt dilində ifa edir. 2010-cu ildə Rusiyanı Eurovision Mahnı Müsabiqəsində təmsil etmək məqsədilə Milli Seçimlərdə yarışıblar. Lakin onların bu arzusu 2012-ci ildə gerçəkləşib. Qrup Bakıdakı Eurovision 2012-də "Party for Everybody" mahnısı ilə çıxış edəcək.

Eurovision 2012 mahnısı

Macarıstan / "Compact Disco"

Macarıstanın "Compact Disco" rok qrupu 2008-ci ildə yaradılıb. Qrup Behnam Lotfi, Gábor Pál, Attila Sándor and Csaba Walkódan ibarətdir. Qısa vaxt ərzində qrup üzvləri iki musiqi albomu çıxarıb. "I’m in Love" adlı mahnısı onlara "Best Hungarian Artist" nominasiyasında MTV "European Music Award"ı qazandırıb. 2012-ci ildə Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində onlar Macarıstanı birlikdə yazdıqları "Sound of our hearts" mahnısı ilə təmsil edəcəklər.

Eurovision 2012 mahnısı

Avstriya / "Trackshittaz"

Avstriyanı Eurovision Mahnı Müsabiqəsi 2012-də "Trackshittaz" qrupu təmsil edəcək. Seçimlərin final mərhələsində təmsilçilik uğrunda iki ifaçı yarışıb və nəticədə "Trackshittaz" qrupu Bakı səhnəsində çıxış etmək şansı qazanıb. Onlar may ayında Bakıda "Woki Mit Deim Popo" ("Shake Your Ass") mahnısını ifa edəcək. Avstriyanın "Trackshittaz" hip-hop qrupu 2010-cu ildə yaranıb. Qrupa Lukas Plyoxl (Lukas Plöchl) və Manuel Hoffelkner (Manuel Hoffelner) daxildir. Bu zamana kimi 4 musiqi albomları işıq üzü görüb.

Eurovision 2012 mahnısı

Moldova / Paşa Parfeni

Bəstəkar və müğənni Paşa Parfeni (Pasha Parfeny) 1986-cı ildə, mayın 30-da doğulub. O, "Slavyan bazarı" və "Mamaia-2009" müsabiqələrinin qalibidir. 2009, 2010 və 2011-ci illərdə "No Crime", "You should like to show" və "Dorule" mahnıları ilə Moldovanın Eurovision Mahnı Müsabiqəsinin Milli Seçimlərində iştirak edib. Lakin "Lăutar" adlı mahnı ilə Moldovanın Milli Finalının bu il qalibi olub.

Eurovision 2012 mahnısı

İrlandiya / "Jedward"

İrlandiyanı 57-ci Eurovision Mahnı Müsabiqəsində əkiz qardaşlardan ibarət "Jedward" qrupu təmsil edəcək. Qardaşlar milli seçimlərdə 5 namizəd arasından seçiliblər. Onlar həm tamaşaçıların, həm də münsiflərin rəyi əsasında 114 səslə qalib olub. Qrup Bakı səhnəsində "Waterline" mahnısı ilə çıxış edəcək. "Jedward" pop-dueti Con Qrayms (John Paul Henry Richard Grimes) və Edvard Qrayms (Edward Peter Anthony Kevin Grimes) qardaşlarından ibarətdir. Bu əkiz qardaşlar 1991-ci il oktyabrın 16-da Dublində anadan olublar. Duet ilk dəfə "Jedward" adıyla 2009-cu ildə Böyük Britaniyanın "The X Factor" musiqi yarışmasında 6-cı yeri qazanıb. 2011-ci ildə İrlandiyanı Eurovision Mahnı Müsabiqəsində təmsil edərək 8-ci olublar. Bu zamana kimi 2 musiqi albomları işıq üzü görüb.

Eurovision 2012 mahnısı

Serbiya / Zeljko Yoksimoviç

Serbiya Bakıda keçiriləcək Eurovison Mahnı Müsabiqəsində təmsilçisini elan edən ilk ölkələrdən biridir. RTS telekanalı daxili seçkilər nəticəsində ölkəni Zeljko Yoksimoviçin (Zeljko Joksimovic) təmsil etməsinə qərar verib. O, "Eurovision-2004"də Serbiya və Monteneqronu təmsil edərək 2-ci yerə layiq görülüb. Zeljko həmçinin Bosniya və Herseqovinaya "Eurovision 2006"da 3-cü yeri qazandıran "Lejla" mahnısının müəllifidir. Eləcə də Serbiya təmsilçisinin "Eurovision-2008"də ifa etdiyi mahnının və Azərbaycanın "Eurovision-2010"dakı mahnısının Balkan versiyasını hazırlayıb. Zeljko Yoksimoviç "Eurovision-2012" də ifa edəcəyi mahnını özü bəstələyəcək.

Eurovision 2012 mahnısı

Makedoniya / Kaliopi

Makedoniyanın milli yayımçısı olan "MKRTV" Eurovision 2012-də ölkəni Kaliopi adlı müğənninin təmsil edəcəyini açıqlayıb. Kaliopi Bukle Balkanlarda məşhur müğənnilərdəndir. O, vətənində 100-dən çox konsert verib, teatr və filmlərdə çıxış edib.

Eurovision 2012 mahnısı

Niderland / Joan Franka

Əslən türk olan Joan Frankanın əsl adı Aytən Kalandır. 1990-cı il, aprelin 2-də Niderlandda doğulub. Musiqi karyerası 2010-cu ildə "The Voice of Holland" müsabiqəsindən başlayıb. Həmin layihədən sonra populyarlıq qazanan Joan prodüsserlərin diqqətini çəkib. Elə bunun nəticəsində ilk musiqi albomunu hazırlamağa müvəffəq olub. Teatr, poeziya və musiqi həyatının əsas hissəsidir. Bakıdakı Eurovision şousunda "You and me" mahnısı ilə çıxış edəcək.

Eurovision 2012 mahnısı

Malta / Kurt Kalleya

Bəstəkar və müğənni Kurt Kalleya (Kurt Calleja) 1989-cu ildə, mayın 5-də anadan olub. O, Londonda bir çox məşhur klubların səhnəsində çıxış edib. 2010 və 2011-ci illərdə Maltanın Milli Seçim turlarının iştirakçısı olub. Bu il Milli Finalda 16 iştirakçı arasından qalib seçilib. May ayında Bakıda ölkəsini "This is the night" mahnısı ilə təmsil edəcək.

Eurovision 2012 mahnısı

Belarus / "Litesound"

Belarusu Eurovision Mahnı Müsabiqəsi 2012-də "Litesound" rok qrupu təmsil edəcək. Qrup üzvləri Bakı səhnəsində "We are The Heros" mahnısıyla çıxış edəcək. "Litesound" qrupu 2005-ci ildə Dmitri və Vladimir Karyakin qardaşları tərəfindən yaradılıb. Qrup üzvləri nəinki Belarusda, onun hüdudlarından kənarda da xeyli populyardırlar. "Litesound" 2006-cı ildə İtaliyanın Internazionale di Maiori festivalında birinci yeri tutub. Qrupun "Solo Per Te" mahnısı isə 20 həftə müddətində İtaliya hit-paradlarının zirvəsində olub. 2006-cı ildən Belarusun Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçimlərində iştirak ediblər. Belarusu Eurovision Mahnı Müsabiqəsi 2012-də "Litesound" rok qrupu təmsil edəcək. Qrup üzvləri Bakı səhnəsində "We are The Heros" mahnısıyla çıxış edəcək. "Litesound" qrupu 2005-ci ildə Dmitri və Vladimir Karyakin qardaşları tərəfindən yaradılıb. Qrup üzvləri nəinki Belarusda, onun hüdudlarından kənarda da xeyli populyardırlar. "Litesound" 2006-cı ildə İtaliyanın Internazionale di Maiori festivalında birinci yeri tutub. Qrupun "Solo Per Te" mahnısı isə 20 həftə müddətində İtaliya hit-paradlarının zirvəsində olub. 2006-cı ildən Belarusun Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçimlərində iştirak ediblər.

Eurovision 2012 mahnısı

Portuqaliya / Filipa Sousa

Filippa Aleksandra Nunis Alves de Sousa 1985-ci il, martın 2-də doğulub. 6 yaşından musiqi ilə məşğuldur. 12 yaşında konservatoriyaya daxil olan Filipa çoxsaylı müsabiqələrin qalibidir. Onun səsindəki ahəngdarlıq müxtəlif üslublarda (fado, pop, rok və s.) uğurlu ifaya imkan verir. Portuqaliyanı 57-ci Eurovision Mahnı Müsabiqəsində "Vida Minha" ("Mənim həyatım") mahnısı ilə təmsil edəcək.

Eurovision 2012 mahnısı

Ukrayna / Qaytana Essami

Qaytana Essami (Gaitana Essami) 1979-cu ildə Kiyevdə doğulub. Atası Konqolu olan Qaytana 5 yaşına kimi Konqoda yaşayıb. Müğənni kimi karyerasına isə 1991-ci ildən başlayıb. 2003-cü ildə ilk musiqi albomu çıxıb. Milli finalda 21 ifaçı arasından Ukraynanın Eurovision 2012 təmsilçisi seçilib. May ayında Bakıda keçiriləcək müsabiqədə "Be my guest" mahnısını ifa edəcək.

Eurovision 2012 mahnısı

Bolqarıstan / Sofi Marinova

Sofi Marinova 1975-ci il, dekabrın 5-də doğulub. Qaraçı mənşəli bu müğənni 5 oktavadan artıq geniş səs diapazonuna sahibdir. Repertuarında pop-folklor və etnik musiqi janrları üstünlük təşkil edir. Onun mahnılarından ibarət "Stari Rani" toplusu ən çox gəlir gətirən musiqi albomları siyahısındadır. Bolqarıstanı Eurovision Mahnı Müsabiqısi 2012-də "Love Unlimited" mahnısı ilə təmsil edəcək.

Eurovision 2012 mahnısı

Sloveniya / Eva Boto

Eva Boto 1995-ci il, dekabrın 1-də doğulub. Ali məktəblər arasında keçirilən musiqi yarışmasının qalibi olduqdan sonra Sloveniyanın Milli Seçimlərinə qatılıb. Gitarada ifa etməyi bacarır. "Verjamem" (I believe) mahnısı ilə Sloveniyanın builki Eurovision Mahnı Müsabiqəsi təmsilçisi seçilib.

Eurovision 2012 mahnısı

Xorvatiya / Nina Badriç

Xorvatiyanı Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində Nina Badriç adlı məşhur müğənni təmsil edəcək. N.Badriç 1993, 1994, 1995 və 2003-cü illərdə Xorvatiyanı bu müsabiqədə təmsil etmək arzusunda olub. Hətta 2003-cü ildə Milli Seçim turunda 2-ci yerə kimi yüksəlib. Gənc yaşlarından musiqi ilə məşğul olan N.Badriçin "Godine nestvarne" adlı ilk albomu 1995-ci ildə işıq üzü görüb. Nina müxtəlif musiqi müsabiqələrində uğurla çıxış edib. Bu gün o, Xorvatiyanın ən məşhur estrada ulduzlarından biridir.

Eurovision 2012 mahnısı

İsveç / Lorin

İsveçin Eurovision 2012 təmsilçisi Lorin (Loreen) 1983-cü il, oktyabrın 16-da Stokholmda doğulub. Əsl adı Lorine Zineb Noka Talhaouidir. Əslən Mərakeşli olan Lorin İsveçin "İdol 2004" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin Milli Seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu Mahnı Müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb. O, "Bakı Kristal Zalı"nda "Euphoria" mahnısı ilə çıxış edəcək.

Eurovision 2012 mahnısı

Gürcüstan / Anri Joxadze

Gürcüstanın Eurovision 2012 təmsilçisi Anri Jokhadze (Anry Jokhadze) 1980-ci ildə Gürcüstanda doğulub. 1998-ci ildən musiqi sahəsində fəaliyyət göstərir. 2008-ci ildə Serbiyada keçirilən Eurovision Mahnı Müsabiqəsində Gürcüstan təmsilçisi Diana Qurtskayanı xorda müşayiət edib. 2009-cu ildə Gürcüstanın Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçim turlarında iştirakçı olub. Anri Jokhadze Bakıdakı Eurovision Mahnı Müsabiqəsində Gürcüstanı "I’m a jocker" mahnısı ilə təmsil edəcək. İfaçı Milli Final gecəsində 9 ifaçı arasından seçilib.

Eurovision 2012 mahnısı

Türkiyə / Can Bonomo

Gitaraçı olan Can Bonomo sənətdə ilk addımlarını 8 yaşında atıb. İstanbuldakı Bilgi Universitetinin kino və televiziya fakültəsində təhsil alıb. Türkiyənin müxtəlif televiziya və radio kanallarında çalışıb, bir neçə reklamlara çəkilib. Onun sonuncu "Meczub" albomu hitə çevrilib. Albomdakı demək olar ki, bütün mahnılar Can Bonomoya aiddir.

Eurovision 2012 mahnısı

Estoniya / Ott Lepland

Estoniyanın Eurovision 2012 təmsilçisi Ott Lepland 1987-ci il, mayın 17-də Tallində doğulub. Kiçik yaşlarından musiqi sahəsindədir. 1995 və 1996-cı illərdə uşaq mahnılarından ibarət 4 musiqi albomu buraxılıb. 10 il piano dərsləri ilə məşğul olub. Hazırda Tallin Musiqi Məktəbində pop və caz ifaçılığı ixtisası üzrə təhsilini davam etdirir. O, 2010-cu ildə Estoniyanın Pop İdol yarışmasının qalibi olduqdan sonra "Ott Lepland" adlı albomunu təqdim edib. Sonuncu musiqi albomu isə 2011-ci ilin dekabrında musiqisevərlərin ixtiyarına verilib. "Kuula" ("Listen") mahnısı ilə Estoniyanın Eurovision 2012 təmsilçisi seçilib.

Eurovision 2012 mahnısı

Slovakiya / Max Jason Mai

Əsl adı Miroslavl Smajda olan Max Jason Mai 1988-ci il, noyabrın 27-də doğulub. Repertuarında pop, rok janrında musiqilər üstünlük təşkil edir. O, "Czechoslovak Idol" müsabiqəsinin ikincisi olub. Max Jason Mai "Bakı Kristal Zalı"nın səhnəsində "Don't Close Your Eyes" mahnısı ilə çıxış edəcək.

Eurovision 2012 mahnısı

Norveç / Tooji

Norveç müğənnisi Touraj Keshtkar (Tooji) 1987-ci ildə İranda doğulub. Bir yaşında ikən ailəsi Norveçə köçüb. 16 yaşından model sənətinə gəlib. Daha sonra karyerasını televiziyada davam etdirən Tooji Norveçin MTV kanalında 2 proqramda aparıcı kimi çalışıb. "Swan Song" adlı ilk mahnısını 2008-ci ildə təqdim edib. Eurovision 2012-də Norveçi Azərbaycanda təmsil edəcək.

Eurovision 2012 mahnısı

Bosniya və Herseqovina / Maya Sar

Bosniya və Herseqovinanın milli yayımçısı BHRT 2012-ci ilin mayında Bakıda ölkəni Maya Sarın təmsil edəcəyini açıqlayıb. Maya Sar gənc istedadlı müğənnidir və bir sıra nailiyyətlərə imza atıb. Müğənni uzun müddət Dino Merlinin qrupunun üzvü olub və 56-cı Eurovision Mahnı Müsabiqəsində onunla bir səhnədə çıxış edib.

Eurovision 2012 mahnısı

Litva / Donny Montell

Əsl adı Donatas Montvidas olan Donny Montell 1987-ci il, oktyabrın 22-də Vilnüsdə doğulub. Onun musiqi həyatı "Pesnya, pesenka" müsabiqəsindən başlayıb. Daha sonra çoxsaylı telelayihələrin qalibi olub. Belarusda keçirilən "Slavyan bazarı" festivalının baş mükafatını qazanıb. 2009-2010-cu illərdə Eurovision Mahnı Müsabiqəsinin seçim turlarında iştirak edib. Onun həyat devizi belədir: "Yaratmaq, oxumaq, rəqs etmək!"

Eurovision 2012 mahnısı

Böyük Britaniya / E. Hamperdink

Əsl adı Arnold Corc Dorsi olan Engelbert Hamperdink 1936-cı il, mayın 2-də doğulub. 45 illik uğurlu musiqi karyerası var. Onun səsyazıları bu vaxtadək 150 milyon nüsxə ilə satılıb. 4 "Qremmy" mükafatına, 63 qızıl və 24 platin musiqi albomuna sahibdir. O, dünya şou biznesinin varlıları siyahısında 5-ci yerdədir. Engelbert Hamperdink bu vaxtadək 80 musiqi albomu təqdim edib.

Eurovision 2012 mahnısı

Fransa / Anqun

Fransanı Eurovision Mahnı Müsabiqəsi 2012-də Anqun (Anggun) təmsil edəcək. 37 yaşlı müğənni İndoneziyanın Cakarta şəhərində anadan olub və uşaq yaşlarından oxumağa başlayıb. Onun "Snow in the Sahara" adlı albomu dünyanın 30 ölkəsində, o cümlədən ABŞ-da buraxılıb. Müğənninin bu yaxınlarda "Echo (You&I)" adlı yeni albomu işıq üzü görüb. Anqun deyib ki, onun üçün Fransanı bu yarışmada təmsil etmək böyük hədiyyədir.

Eurovision 2012 mahnısı

İtaliya / Nina Zilli

İtaliyanın Eurovision 2012 təmsilçisi Nina Zilli 1983-cü ildə doğulub. 13 yaşından musiqi sahəsində fəaliyyət göstərir. 1997-ci ildə özünün "The Jerks" qrupunu yaradıb. 2009-cu ildə isə ilk musiqi albomu işıq üzü görüb. Nina Zilli 60-cı Sanremo musiqi festivalında iştirak edib və həmin il festivalın xüsusi mükafatını alıb.

Eurovision 2012 mahnısı

Azərbaycan / Səbinə Babayeva

Azərbaycanı may ayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Səbinə Babayeva təmsil edəcək. Səbinə Babayeva Asəf Zeynallı adına musiqi kollecini bitirib. Pop formatında musiqilərin, həmçinin soul, ballada musiqi cərəyanlarının mahir ifaçısıdır. 50-dək "jazz standard"ı bilir. 2009-cu ildə Latviyada keçirilən "Amberstar", Moskvadakı "Slavyan Ulduzu"nda "Gran Pri" mükafatına layiq görülüb. 2001-ci ildə gənc ifaçılar arasında Respublika üzrə "Qızıl Açar" müsabiqəsinin qalibidir. 2008-ci ildən Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçim turlarında ardıcıl iştirak edib.

Eurovision 2012 mahnısı

İspaniya / Pastora Soler

İspaniyanı Eurovision Mahnı Müsabiqəsi 2012-də Pastora Soler təmsil edəcək. Ölkənin müsabiqə üzrə milli yayımçısı olan "TVE" kanalı təmsilçini münsiflər heyəti və tamaşaçı səsverməsi nəticəsində seçib. Pastora Soler 1978-ci ildə İspaniyada anadan olub. İlk musiqi albomu 1994-cü ildə işıq üzü görən müğənninin bu vaxtadək 10 albomu olub.

Eurovision 2012 mahnısı

Almaniya / Roman Lob

Almaniyanın Eurovision 2012 təmsilçisi Roman Lob 1990-cı ildə Düsseldorfda doğulub. Musiqi karyerasına 2006-cı ildən başlayıb. "Rooftop Kingdom" rok qrupunun üzvü olub. 2008-ci ildə Almaniyanın Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçimlərində iştirak edib. Bu il yenidən Milli Seçimlərə qatılan Roman Lob finalda 50.7% səs toplayaraq ölkə təmsilçisi seçilib. O, Bakıdakı Eurovision şousunda "Standing Still" mahnısını ifa edəcək.

Eurovision 2012 mahnısı

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!