FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

Şou

"Eurovision Mahnı Müsabiqəsi 2012" iki yarımfinal və bir final mərhələdən ibarətdir. Bütün mərhələlərdə təmsil olunan iştirakçıların çıxış ardıcıllığı püşkatma ilə müəyyən edilir.

BİRİNCİ YARIMFİNAL

22 May 2012, Çərşənbə axşamı
Mərkəzi Avropa Vaxtı-21.00 (Bakı vaxtı-00:00)

Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinal şousunda 18 ölkə təmsilçisi mübarizə aparacaq. Onlardan daha çox səs toplamış 10 ifaçı finala vəsiqə qazanacaq. Tamaşaçı və münsiflərin səsverməyə təsiri yarıbayarıdır (50/50). Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər.

İKİNCİ YARIMFİNAL

24 May 2012, Cümə axşamı
Mərkəzi Avropa Vaxtı-21.00 (Bakı vaxtı-00:00)

İkinci yarımfinalda 18 ölkə təmsilçisi mübarizə aparacaq. Onlardan daha çox səs toplamış 10 ifaçı finala vəsiqə qazanacaq. Tamaşaçı və münsiflərin nəticəyə təsiri 50/50 prinsipi üzrədir. Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər.

FİNAL

26 May 2012, Şənbə 21.00
Mərkəzi Avropa Vaxtı- 21.00 (Bakı vaxtı-00:00)

Finalda hər iki yarımfinalların qalibləri və birbaşa bu mərhələdə çıxış hüququna malik olan ölkələr yarışacaqlar. Qaydalara əsasən, Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, İspaniya və Azərbaycan (müsabiqənin sonuncu qalibi olan ölkə) birbaşa final mərhələsində yarışır. Səsvermədə bütün ölkələrdən olan münsif və tamaşaçılar iştirak edəcək. Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər.

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!